Birlik kuboku bərpa olunur? - Azərbaycandan təklif - RƏSMİ AÇIQLAMA

12:46 23 Yanvar 2017

Yaxın gələcəkdə keçmiş SSRİ ölkələrinin klublar arasında keçirilən Birlik kuboku turniri bərpa oluna bilər.

 

Sportarena.az xəbər verir ki, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko bu barədə məlumat verib. O, turnirlə əlaqədar UEFA-nın yeni prezidenti Aleksader Çeferinlə danışıqlar apardığını gizlətməyib:

 

“Əgər biz klubları həmin yarışa qaytarmaq istəyiriksə, gərək bunu necə edəcəyimizi düşünək. Məsələn, bu yarışı Soçidə keçirmək olar. Bununla bağlı azərbaycanlı həmkarlarımızın yaxşı təklifi var. Mükafat fondunu yüksək etmək olar”.

 

Qeyd edək ki, keçmiş SSRİ ölkələri çempionlarının iştirakı ilə “Birlik kuboku” yarışı 1993-cü ildən başlayaraq 2011-ci ilə kimi keçirilib. Sonradan klublar tərəfindən yarışa maraq azaldığından turnirə gənclərdən ibarət milli komandalar qatılıb. Ötən il isə RFİ bu yarışın bir daha keçirilməyəcəyini açıqlayıb. 


Xəbər xətti