Bolqarıstanlı hücumçu Azərbaycan klublarının hədəfində

12:59 23 Yanvar 2017

Bolqarıstan millisinin və “Neftximmik” klubunun futbolçusu Ventsislav Xristov Azərbaycandan təklif alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Məlumata görə, 28 yaşlı hücumçuya Azərbaycan və Qazaxıstan klublarından təklif olub. “Neftximmik” isə Xristova görə onu transfer etmək istəyən klublardan 80 min avro təzminat tələb edir. Bolqar həmkarlarımız Xristovun xidmətində maraqlı olan klubların adlarını açıqlamayıb.

 

Qeyd edək ki, Azərbaycan klublarından "Neftçi" və "Qəbələ" hücumçu mövqeyinə futbolçu axtarır.


Digər xəbərlər

Xəbər xətti