"Roma" tarixi rekordunu yenilədi

14:36 23 Yanvar 2017

“Roma” İtaliya çempionatının 21-ci turunda “Kalyari”yə qalib gəlib - 1:0.

 

Sportarena.az xəbər verir ki, Edin Dzekonun vurduğu qolla rəsmiləşən qələbə “Roma” üçün əlamətdar olub. “Canavarlar” 1930-cu ildə vurduqları rekordu 87 ildən sonra təkrarlayıblar.

 

Bu, “Roma”nın A seriyasında evdə qazandığı dalbadal 13-cü qələbə olub. Yeni rekord müəyyənləşdirmək üçün “Roma” 23-cü turda “Fiorentina”ya qalib gəlməlidi. Qarşılaşma fevralın 7-də keçiriləcək.


Xəbər xətti