Şahin Diniyev: "Yayılan xəbərlər əsassızdı" - AÇIQLAMA

14:57 23 Yanvar 2017

Son günlər mətbuatda "Kəpəz"in baş məşqçisi Şahin Diniyevlə komandanın əsas futbolçularından olan Dario Junior arasında münasibətlərin pozulmas barədə xəbərlər yayılıb. Həmkarlarımız futbolçunun bu səbəbdən klubun düşərgəsinə qayıtmadığı və Gəncə təmsilçisi ilə yolları ayırmaq istədiyi bildirilirdi.

 

Məsələ ilə bağlı "Kəpəz"in baş məşqçisi Şahin Diniyevlə əlaqə saxladıq. Sportarena.az-a açıqlamasında mütəxəssis yayılan xəbərləri təkzib edib və futbolçunun artıq klubun düşərgəsində olduğunu deyib:

 

"Yayılan xəbərlər əsassızdı. Futbolçu artıq klubun düşərgəsindədi, məşqlərdə iştirak edir. Problem olsaydı, gəlməzdi. Komandaya gec qoşulması isə doğrudur. O, atasının səhhətindəki problemlərə görə icazə almışdı. Hava durumu ilə əlaqədar biraz yubanmalı oldu. Dario artıq Bakıya gəlib, bizimlədi".

 

 

Heybət Məmmədov


Xəbər xətti