Neymar 3 aydan sonra sükutu pozdu

15:25 23 Yanvar 2017

İspaniya La Liqasının 19-cu turu çərçivəsində "Barselona" "Eybar"ı səfərdə 4:0 hesabı ilə məğlub edib.

 

Sportarena.az xəbər verir ki, bu matç Kataloniya klubunun futbolçusu Neymar üçün əlamətdar olub. Belə ki, 3 aydı fərqlənməyən futbolçu sözügedən qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə buna nail olub.

 

Qeyd edək ki, Neymar "Barselona" forması ilə sonuncu dəfə oktyabrın 2-də fərqlənə bilmişdi.


Digər xəbərlər

Xəbər xətti