"Zirə" Antalya toplanışını başa vurdu

15:42 23 Yanvar 2017

“Zirə” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vurub.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu qardaş ölkədəki son məşqinə bu gün səhər çıxıb. Komanda dünən yoxlama oyunu keçirildiyi üçün, bu günkü məşq bərpa xarakteri daşıyıb.Baş məşqçi Ayxan Abbasov futbolçuları “Lokomotiv”lə oyunda forma geydikləri zamana görə iki qrupa ayırıb.

 

Qeyd edək ki, "Zirə" toplanış çərçivəsində Qırğıstanın "Dordoy" klubuna 2:1 hesabı ilə qalib gəlib, Bolqarıstan "Lokomotiv"inə isə məğlub olub - 0:1.


Digər xəbərlər

Xəbər xətti