Tarixi mərasim Kremldə

17:00 23 Yanvar 2017

DÇ-2018-in final mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi məkanın adı müəyyənləşib.
 

Sportarena.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko Rusiya mətbuatına məlumat verib. Mərasim bu ilin dekabrın 1-də keçiriləcək. Tədbir Kreml sarayında baş tutacaq.

 

Qeyd edək ki, Rusiya Federasiyasının rəhbərliyi və hökuməti Kreml sarayında məskunlaşıb.


Xəbər xətti