"Real"da şok itkilər - İki futbolçu sıradan çıxdı

18:38 23 Yanvar 2017

İspaniya La Liqasının 19-cu turunda "Malaqa"nı məğlub edən (2:1) "Real" iki futbolçusunun xidmətindən məhrum olub.

 

Sportarena.az xəbər verir ki, Madrid klubunun iki futbolçusu - Luka Modriç və Marselo həmin matçın gedişi zamanı zədələniblər. Artıq hər iki futbolçunun durumuna aydınlıq gəlib. Luka 2, Marselo isə 4 həftə Madrid təmsilçisinə kömək edə bilməycək.

 

Qeyd edək ki, "Real"dakı zədəlilərin sayı 5-ə çatıb. Buna qədər Qaret Beyl, Dani Karvaxal və Pepe zədədən əziyyət çəkirdi.


Digər xəbərlər

Xəbər xətti