"Kəpəz" "İnter"lə oyuna hazırlaşır

20:28 23 Yanvar 2017

Həftəsonu Topaz Premyer Liqasında qış fasiləsi başa çatacaq və komandalar mövsümün ikinci hissəsi üçün mübarizəyə start verəcəklər.
 
 
Sportarena.az xəbər verir ki, 2017-ci ilin ilk rəsmi matçında, 15-ci turda "Kəpəz” səfərdə "İnter”lə qarşılaşacaq. Bakıda keçirilən təlim-məşq toplanışından sonra iki gün istirahət edən "sarı-göylər” bu gündən qarşıdakı oyunun hazırlığına start veriblər. Komanda hazırlıqlarını "Dalğa Arena”nın süni örtüklü meydançasında davam etdirir. 
 
 
Yanvarın 26-na kimi "Kəpəz” Mərdəkanda məşq edəcək. Ancaq Bakı təmsilçisi ilə matçdan öncəki hazırlıq prosesi "İnter Arena”da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti