Budaq Nəsirov oynadı, "Sportinq" xal qazandı

11:15 24 Yanvar 2017

Portuqaliya Sequndasında 23-cü turun oyunları keçirilib.
 

Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Budaq Nəsirovun çıxış etdiyi “Sportinq”in B komandası öz meydanında “Kovilya” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə nəticələnib. Budaq Nəsirov meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb.

 

Qeyd edək ki, 23 turdan sonra hesabında 26 xalı olan “Sportinq B” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti