Prosineçki danışdı: "Növbəti oyunu düşünürəm" - AÇIQLAMA

11:32 24 Yanvar 2017

Millimizin baş məşqçisi Robert Prosineçki Türkiyə Super Liqa təmsilçisi "Bursaspor"la anlaşacağı barədə xəbərlərə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, xorvat mütəxəssis AFFA-nın "facebook" səhifəsinə açıqlamasında hazırda ancaq Azərbaycan millisinin növbəti oyunu barədə düşündüyünü deyib:

 

"Bursaspor" klubunun nümayəndələri mənimlə əlaqəyə girib klubun baş məşqçisi postuna keçməyimi təklif ediblər. Ancaq mənim 2017-ci ilin sonuna qədər Azərbaycan millisi ilə müqaviləm var və hazırda ancaq komandamın növbəti oyunu haqda düşünürəm". 


Xəbər xətti