Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” təlim-məşq toplanışının 13-cü gününü yekunlaşdırıb.
Sportarena.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri dünən iki hazırlıq keçib. İlk hazırlıq nəzəri məşğələdən ibarət olub. Bu, günün ilk yarısına təsadüf edib. Günün ikinci yarısında isə “qırmızı-qaralar” axşam məşqinə çıxıb. Komanda toplu çalışmalarla məşq edib. Məhəmməd Mirzəbəyov və Elvin Camalov isə fərdi hazırlıqla kifayətlənib.