"Çempionata yaxşı hazırlaşmışıq" - AÇIQLAMA

14:19 24 Yanvar 2017

Kəpəz”in hücumçusu Tural Qürbətov çempionata hazırlıqla bağlı klubun saytına fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, Qürbətov məşqlərin ağır keçdiyini, amma bundan şikayətlənmədiyini bildirib:

 

“Təlim-məşq toplanışı bir həftə davam etməsinə baxmayaraq, iki həftəlik fiziki yükləməni götürdük. Səhərlər dəniz kənarında, günortadan sonra isə meydanda toplarla keçirilən məşqlər çox ağır idi. Məşqlərin bizim üçün faydası çox olacaq və bunun bəhrəsini çempionatda görəcəyik. Şikayətlənməyə dəyməz, əksinə, bu, bizim xeyrimizədi. Bu cür toplanış fiziki hazırlığı artırmaq baxımından lazım idi”.

 

“Kəpəz” Bakıda 4 yoxlama oyunu da keçirdi ki, Qürbətov iki belə görüşdə əsas heyətdə meydana çıxmışdı:

 

“Baş məşqçimiz bildirmişdi ki, bu matçlar bizə özümüzü göstərmək yox, daha çox fiziki yükləməni necə qəbul etdiyimizi görmək üçün idi. Odu ki, nəticə önəmli deyildi. Ağır məşqlər keçdiyimizdən, ayaqlarımız çox yorğun idi. Meydanda çətinlik çəkirdik. Düşünürəm ki, çempionata yaxşı hazırlaşmışıq. Belə toplanışdan sonra məncə, fiziki problemimiz olmayacaq. Hər şey özümüzdən asılıdı, psixoloji cəhətdən oyunlara hazır olmalıyıq. Meydana qələbə üçün çıxmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti