"Adanaspor"un Reynaldo israrı davam edir

16:14 24 Yanvar 2017

Türkiyənin Super Liqa təmsilçisi “Adanaspor” “Qarabağ”ın hücumçusu Reynaldoyla anlaşıb.

 

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə braziliyalı hücumçunun xidmətində komandanın baş məşqçisi Levent Şahinin maraqlı olduğu qeyd edilib. Klub rəsmiləri transferin reallaşması yönündə addımlar atmağa çalışırlar. Onlar həm klubla, həm də futbolçu ilə danışıqları davam etdirirlər.

 

 

Qeyd edək ki, 27 yaşlı hücumçu cari mövsümdə “Qarabağ”ın heyətində meydana çıxdığı 21 oyunda 6 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti