"Şahdağ" "Qaradağ"dan üstün oldu

18:10 24 Yanvar 2017

Mövsümün ikinci yarısına hazırlaşan "Şahdağ" bu gün sonuncu yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, Qusar təmsilçisi "Qaradağ Lökbatan"ın qonağı olub. Görüş qonaqların qələbəsi ilə nəticələnib - 1:2.

 

Qeyd edək ki, şimallılar buna qədər AZAL-ın U-19 (6:0), "Neftçi" əvəzedici komandasını (2:1) məğlub etmiş, "Sumqayıt" əvəzedici heyəti ilə bərabərə qalmışdı (2:2).


Digər xəbərlər

Xəbər xətti