"Reynaldo "Qarabağ"ın futbolçusudu" - RƏSMİ AÇIQLAMA

17:46 24 Yanvar 2017

Son bir neçə saat ərzində idman mətbuatının gündəmini məşğul edən məsələlərdən biri Robert Prosineçkidisə, digəri də "Qarabağ"ın futbolçusu Reynaldo Silvadı. Braziliyalı forvardın "Adanaspor"a transfer edildiyi barədə xəbərlər sürətlə yayılmağa başlayıb. Bəzi mənbələr futbolçunun sadəcə danışıqlar apardığını vurğulayırdılarsa, Türkiyə mətbuatı transferin artıq rəsmiləşdiyini yazmağa başlayıb. "Qarabağ" isə baş verənləri sadəcə izləməklə məşğuldu.

 

Ağdam klubunun sükutunu pozmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. İbrahimov Sportarena.az-a açıqlamasında yayılan xəbərləri təkzib etdi:

 

"Reynaldo dünən bizimlə birgə Antalyadan qayıtdı. Hazırda Bakıdadı. Komandanın sabah səhər saatlarında baş tutacaq məşqində iştirak edəcək. Onun "Adanaspor"a keçdiyi barədə xəbərlər doğru deyil".

 

"Futbolçu həqiqətənmi "Adanaspor"la danışıqlar aparırmı" sualına isə Nurlan bəy belə cavab verdi:

 

"Bu barədə bizdə informasiya yoxdur. Mən sizə bir şeyi dəqiq deyə bilərəm ki, Reynaldo "Qarabağ"ın futbolçusudu".

 

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti