Polşa klubu bombardirini “Neftçi”yə buraxmır

11:55 25 Yanvar 2017

Polşa Ekstraklasasında çıxış edən “Yagelloniya” klubunun yarımmüdafiəçisi Konstantin Vasilyevin karyerasını Azərbaycanda davam etdirə biləcəyi haqda məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, estoniyalı futbolçunun agenti Andrey Stepanovun sözlərinə görə, Polşa klubu futbolçunu göndərmək niyyətində deyil:
 

 

“Təkliflər var. Azərbaycan və Qazaxıstan klubları Konstantinin keçidində maraqlıdırlar. “Yagelloniya” isə Vasilyevi buraxmaq istəmir. Müqavilə mövsümün sonunda başa çatır. Klub istəyir ki, o, sözləşməsinin son gününə kimi burada qalsın. Vasilyevin transfer qiyməti yüksək qoyulduğu üçüb digər klubların marağı da azalır. Klubu bu addımına görə qınamaq istəmirəm. Konstantin 90 faiz “Yagelloniya”da qalacaq. Amma məsələ ilə bağlı rəhbərliklə söhbət edəcəm”.

 

Konstantin Vasilyevin xidmətində maraqlı olan Azərbaycan klubu "Neftçi"dir. Polşa mətbuatı digər komandaların adını açıqlamayıb.
 

Qeyd edək ki, “Yagelloniya” Polşa Ekstraklasasında 39 xalla liderdir. 32 yaşlı hücumameyilli yarımmüdafiəçi komandasının əsas fiqurlarından biridir. O, bu mövsüm 10 qol vurub və 9 assist edib.


Digər xəbərlər

Xəbər xətti