İki klub Beyl üçün fantastik təklif göndərir

12:24 25 Yanvar 2017

İngiltərənin iki klubu - “Mançester Yunayted” və “Çelsi” Qaret Beyli transfer etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. İngiltərə klubları uelsli futbolçuya görə Beylə görə 200 milyon avro ödəməyə hazırdılar. Transfer baş tutacağı təqdirdə, Beylin həftəlik məvacibi 400 min avro olacaq.

 

Qeyd edək ki, Beyl “Real”a 2013-cü ildə “Tottenhem”dən keçib. “Kral klubu” onun transferinə görə 91 milyon avro ödəyib.


Digər xəbərlər

Xəbər xətti