"İnter"in üç transfer hədəfi

13:35 25 Yanvar 2017

Son illərdə iştirak etdiyi turnirlərdə heç də uğurlu çıxış etməyən İtaliyanın "İnter" klubu bundan sonra iddialı olmaq istəyir.

 

Sportarena.az xəbər verir ki, Milan klubu bunun üçün heyətinə ulduz futbolçular qatmağı planlaşdırır. Artıq klub rəhbərliyi komandaya qazandırmaq istədikləri üç futbolçunun adını müəyyənləşdiriblər.

 

"Corriere dello Sport" nəşrinin məlumatına görə, PSJ-nin müdafiəçisi Markinyoş, yarımmüdafiəçisi Marko Veratti və "Arsenal"ın forvardı Aleksis Sançesin transferi üçün klub prezidenti 100 milyon avro civarında məbləğ ayırıb. "İnter"in menecerləri məhz bütün diqqətlərini adı çəkilən futbolçuların keçidinə yönəldəcəklər.


Xəbər xətti