Sportarena.az
26 Mart 2017

Yığmamızın baş məşqçisi gənclərlə görüşdü

12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudovun gənclərlə görüşü keçirilib.

 

Sportarena.az xəbər verir ki, görüşdə ittifaqın sədri, Milli Məclisin deputatı Şahin İsmayılov gənclərlə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O, Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni və “Tərəqqi” medalı, prezidentin Fəxri Diplomu ilə təltif edilən Azərbaycanın əməkdar məşqçisi Firdovsi Umudovun 2012-ci ildə dünyanın, 2009, 2012 və 2015-ci illərdə isə Azərbaycanın ən yaxşı məşqçisi seçildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

 

Gənclərlə görüş təklifini böyük sevinclə qəbul etdiyini deyən Firdovsi Umudov bu gün Azərbaycanda vətənpərvər gənc nəslin yetişməsinin ölkəmiz üçün qürurverici hal olduğunu deyib. Bu istiqamətdə dövlətin Azərbaycan gəncliyinə böyük diqqət və qayğı ayırdığını bildirən baş məşqçi Azərbaycan idmançılarının müstəqilliyimizin ilk illərindəki çətinliklərindən danışıb:

 

“90-cı illərin əvvəllərində biz məşq etməyə, yarış keçirməyə zal tapa bilmirdik. Üstəlik ağır müharibə şəraiti, iqtisadi çətinliklər bizim ölkə xaricinə yarışlara getməyimizdə əsas maneə idi. Amma bütün bunlara rəğmən, ürəyimizdəki Vətən sevgisi hər şeydən daha yüksəkdə dayanırdı. Ümummilli liderimiz Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə çətinliklər arxada qaldı, hazırda bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

 

Tələbə gənclərin çoxsaylı suallarını cavablandıran Firdovsi Umudov onlara idmançıların yarışdan öncə fiziki və psixoloji hazırlıq, aparılan fərdi söhbətlər barədə ətraflı məlumat verib. Baş məşqçi vurğulayıb ki, məhz dövlətin dəstəyi sayəsində Azərbaycan idmançılarının uğurları günü-gündən artır, ölkəmiz ən nüfuzlu beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilir.

Tarix
25.01.17 [14:05]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

26 Mart
25 Mart 

Facebook

Sorğu

Azərbaycan Premyer Liqasının qalibi hansı komanda olacaq?
 "Qarabağ"
 "Qəbələ"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio