"Elə təsəvvür edirəm ki, sonuncu pillədə gedirik" - AÇIQLAMA

14:24 25 Yanvar 2017

"Real"ın baş məşqçisi Zinəddin Zidan maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, İspaniya kubokunun 1/4 final mərhələsinin "Selta" ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirən fransız mütəxəsis bunları deyib:

 

"Bizim barədə deyilənləri eşidəndə elə təsəvvür edirəm ki, sonuncu pillədə gedirik. İşlər yaxşı gedəndə kənardan hər şey asan görünür. İndi vəziyyət dəyişib. "Celta" ilə cavab oyunu çətin olacaq. Növbəti mərhələyə çıxmaq üçün mütləq qol vurmaq lazımdır. Cütün taleyinin 90 dəqiqə və ya daha uzun vaxtda həll olunması əhəmiyyətli deyil".

 

Qeyd edək ki, bu komandaların arasında Madriddə baş tutan ilk qarşılaşma "Selta"nın qələbəsi ilə nəticələnib - 1:2.


Digər xəbərlər

Xəbər xətti