Boksçumuz həbs edildi

15:23 25 Yanvar 2017

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 38 yaşlı Salyan şəhər sakini, Yuri Qaqarin küçəsi, ev 10-da yaşayan İlqar Əliyevdən qanunsuz saxladığı “Naqan” tipli tapança və 20 qram həşiş götürülüb.
 
 
Sportarena.az xəbər verir ki, İlqar Əliyev keçmiş boksçudur və əvvəllər dəfələrlə respublikada keçirilən boks yarışlarının qalibi olub. O, qanunsuz silah gəzdirdiyinə və narkotik maddələrin satışına görə dörd dəfə məhkum olunub.
 
“Rıjıy İlqar” ləqəbi ilə tanınan keçmiş boksçunun “razborkalar” təşkil etdiyi də deyilir. İlqar Əliyev saxlanılıb. Faktla bağlı cinayət işi qaldırılıb.


Digər xəbərlər

Xəbər xətti