"Neftçi"nin keçmiş futbolçusu Bakı haqqında danışdı - "Bura elə məkandı ki..." - AÇIQLAMA

20:24 25 Yanvar 2017

"Neftçi"nin sabiq qapıçısı Krşavan Santini Bakı haqqında maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, xorvatiya mətbuatına danışan futbolçu paytaxtımızda ən çox bəyəndiyi yer haqqında da danışıb:

 

“Bakı təhlükəsiz və ekoloji cəhətdən təmiz, istiqanlı əhalisi və dəlisov hərəkəti olan şəhərdi. Orada ən çox xoşuma gələn yer İçərişəhər idi. Bura elə məkandı ki, hər dəfə orda olanda nə isə yeni nə isə görürsən”.


Xəbər xətti