Simulyasiya etməyin 10 qızıl qaydası - VİDEO

11:58 26 Yanvar 2017

Müasir futbolun əsas bəlalarından biri də simulyasiyadır. Əvvəllər nadir hallarda rast gəldiyimiz bu “aktyorluq bacarığı”nı indi az qala hər oyunda izləyirik.

 

Sportarena.az xəbər verir ki, bunu daha yaxşı bacaranlar da olub. İlk ağıla gələn futbolçu “Milan”ın sabiq futbolçusu, indiki baş məşqçisi Filippo İnzagidir desək, yanılmarıq. Amma bəzən nümayişkəranə şəkildə hakimi aldatmağa cəhd edənlər də olur.

Çox təəssüf ki, hazırda dünyanın ən yaxşıları sırasında adları hallanan Ronaldo, Balotelli, Neymar kimi futbolçular da bəzən simulyasiyaya əl atır. Amma azarkeşlər bəzən hansısa epizodda kimin haqlı olduğuna qərar verə bilmir.

“Aktyor” futbolçuların daha çox hansı vəziyyətlərdə simulyasiyaya yol verdiyini təqdim edir. Bunu həm də simulyantlara “məsləhət” hesab etmək olar...

 

 

1. Kiminsə əli üzünə toxundusa, yıxıl.

2. Sənin əlin rəqibin üzünə dəydisə, yıxıl.

3. Top ayağına dəyibsə, üzünü tut.

4. Hakim sənə inanmırsa, qazonda qıvrıl, sanki can verirsən.

5. Kiməsə toxundunsa, özünü günahsız göstərməyə çalış.

6. Ayağını rəqibin ayağına vurub yıxıla bilmirsənsə, öz ayağına vur yıxıl.

7. Yanında petarda partlayıbsa, qulağını tut, həkim personalı bir şey fikirləşəcək.

8. Rəqib sənin üstünə gəlir və büdrəyirsə, özünü elə apar ki, guya səni vurdu.

9. Rəqib futbolçu qarşını kəsibsə, onun əlindən tut, özünü itələ.

10. Top əlinə dəyibsə, elə görüntü yarat ki, sanki səni snayperlə vurublar.

 

 

 

 


Digər xəbərlər

Xəbər xətti