Millimizin AÇ-dəki rəqibləri bəlli oldu - Almaniya, İrlandiya ...

13:31 26 Yanvar 2017

21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, püşk Azərbaycan millisinin rəqiblərinin adına da aydınlıq gətirib. 5-ci qrupda yer alan millimiz Almaniya, İsrail, Norveç, İrlandiya və Kosovo ilə mübarizə aparacaq. Seçmə mərhələ martda start götürəcək.

 

Qeyd edək ki, çempionatın final mərhələsi İtaliyada keçiriləcək.

 

 

1-ci qrup

Çexiya, Xorvatiya, Yunanıstan, Moldova, Belarus, San-Marino
 

2-ci qrup

İspaniya, Slovakiya, İslandiya, Albaniya, Estoniya, Şimali İrlandiya

 


3-cü qrup

Danimarka, Polşa, Finlandiya, Gürcüstan, Litva, Farer adaları
 

 

4-cü qrup

İngiltərə, Hollandiya, Ukrayna, Şotlandiya, Latviya, Andorra

 

5-ci qrup

Almaniya, İsrail, Norveç, İrlandiya, Azərbaycan, Kosovo
 

 

6-cı qrup

İsveç, Belçika, Türkiyə, Macarıstan, Kipr, Malta
 

 

7-ci qrup

Serbiya, Avstriya, Rusiya, Makedoniya, Ermənistan, Cəbəllütariq

 


8-ci qrup

Portuqaliya, İsveçrə, Rumıniya, Uels, Bosniya və Herseqovina, Lixtenşteyn
 


9-cu qrup

Fransa, Sloveniya, Monteneqro, Bolqarıstan, Qazaxıstan, Lüksemburq


Digər xəbərlər

Xəbər xətti