"Özümüzə inamı artırmışıq" - "Kəpəz"in futboçusu - AÇIQLAMA

14:22 26 Yanvar 2017

Futbol mövsümünün ikinci hissəsi əvəzedicilərin Azərbaycan birinciliyi ilə start götürəcək. “Kəpəz”in əvəzedici heyəti 15-ci turda “İnter”in qonağı olacaq. Gənclər əsas komandalardan bir gün öncə meydana çıxacaqlar.


 

Sportarena.az xəbər verir ki, Gəncə təmsilçisinin əvəzedici heyətində öz oyunu ilə seçilənlərdən biri olan Fərid Məmmədov çempionatın ikinci yarısı üçün fikirlərini klubun saytı ilə bölüşüb:

 

“Mən beş komanda yoldaşımla birlikdə qış hazırlığı müddətində təlim-məşq toplanışını əsas komandanın heyətində keçdik. Məşqlər ağır olsa da, biz futbolçular toplanışdan yaxşı şəkildə yararlanmağa çalışdıq. Bakıda keçirilən məşqlərin bizə köməyi çox olacaq. Əsas komandanın tərkibində məşq etməklə özümüzə inamı artırmışıq. Paytaxt toplanışı gənclərə çox şey verəcək və bunu çempionat oyunları açıq göstərəcək”. 
 

 

Gənc hücumçu məqsədindən də danışıb:

 

“İlk iki dövrə arzuladığımız kimi keçmədi. Bu səbəbdən də mövsümün ikinci yarısında daha yaxşı nəticələr əldə etmək istəyirik. Əvəzedici heyətin üzərinə düşən iş əsas komanda üçün futbolçu yetişdirməkdi. Ona görə də, hər bir gənc futbolçunun niyyəti əsas komandada çıxış etməkdi. Bununla belə, öz yarışımızda nəticə qazanmağa da çalışırıq. Burda özümüzü yaxşı tərəfdən göstərə bilsək, Şahin Diniyevin diqqətini daha çox çəkə bilərik. Artıq böyük futbol oynamağın, geniş auditoriyanın qarşısına çıxmağın vaxtıdı”.


Digər xəbərlər

Xəbər xətti