"Qarabağ" Reynaldonun satışından nə qədər qazanacaq?

17:26 26 Yanvar 2017

"Qarabağ"ın futbolçusu Reynaldonun "Adanaspor"a keçidindən qazanacağı məbləğ məlum olub.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, Super Liqa təmsilçisi braziliyalı forvarda görə Ağdam klubuna 500 min avro ödəyəcək.

 

Qeyd edək ki, "Adanaspor"un Reynaldo transferini bu gün rəsmən açıqlayacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti