Reynaldodan vida paylaşımı - "Bir gün yenə Azərbaycana qayıdacam”

18:03 26 Yanvar 2017

“Qarabağ”dan ayrılıb Türkiyənin “Adanaspor” klubu ilə danışıqlar üçün qardaş ölkəyə yollanan Reynaldo Azərbaycana təşəkkür edib.

 

Sportarena.az xəbər verir ki, o, feysbuk hesabından bunları yazıb:

 

“Azərbaycan xalqını salamlayıram. Orada olduğum müddətdə mənə dəstək olan klub rəhbərliyinə, məşqçilər heyətinə, komanda yoldaşlarıma, klubda çalışan hər kəsə, azarkeşlərə minnətdaram. Neçə ildir yaşadığım və mənə doğmalaşan ölkədən ayrılmaq çətindir. Çox yaxşı təəssüratlarla ayrılıram. Sizləri çox sevirəm və hər zaman ürəyimdə olacaqsınız. Bir gün yenə Azərbaycana qayıdacam”.


Digər xəbərlər

Xəbər xətti