Messi evlənir - 30 yaşında

12:06 27 Yanvar 2017

“Barselona”nın futbolçusu Lionel Messinin sevgilisi Antonelle Rakutso ilə rəsmi nigaha girəcəyi, toy edəcək.

 

Sportarena.az xəbər verir ki, Argentinalı futbolçu toy günü müəyyənləşib. Toy Messinin doğum günündə - iyunun 24-də baş tutacaq. Həmin gün futbolçunun 30 yaşı tamam olacaq. Mərasim isə hər iki şəxsin doğulduğu Rosario şəhərindəki kilsədə keçiriləcək. Mərasimə 700-ə yaxın qonaq dəvət ediləcək. “Barselona”lıların da toy mərasimində iştirakı gözlənilir.

 

 

Qeyd edək ki, Messi və Antonelle 2008-ci ildən birgə yaşayırlar. Onların iki oğlan övladı da var.


Digər xəbərlər

Xəbər xətti