Elxan Abdullayev Müşahidə Şurasına hesabat verdi

12:25 27 Yanvar 2017

Dünən "Neftçi”nin inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda "Neftçi"nin icraçı direktoru Orxan Hüseynzadə və əsas komandanın baş məşqçisi Elxan Abdullayev komandanın Antalya şəhərindəki hazırlığı və bu dövrdə klubun həyata keçirdiyi transfer siyasəti barədə hesabat təqdim ediblər. Klubun icraçı direktorunun maliyyə məsələləri üzrə müavini Elnur Eyvazov klubun hazırki maliyyə durumu barədə hesabat verib və xərclərin optimallaşdırılması ilə bağlı hazırlanmış planı təqdim edib.

 

İclasda "Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında aparılan tikinti işləri haqqında ətraflı məlumat verilib və klubun 80 illik yubileyini qeyd etdiyi cari ilin sonuna kimi tikinti işlərinin yekunlaşmasının vacibliyi vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti