Sportarena.az
18 Avqust 2017

Birlik kuboku Azərbaycanda keçirilə bilər

12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə "Birlik Kuboku" turniri Azərbaycanda keçirilə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko Vitali Mutko məlumat verib. O, turnirin Azərbaycanda keçirilməsi variantı da olduğunu bildirib:
 

"Mümkündür ki, Birlik Kubokunun yeni məkanı Soçidəki "Fişt" stadionu olsun. Bundan əlavə, turnirin Azərbaycana keçirilmə variantı da mövcuddur. AFFA-dakı həmkarlarımızdan həm kommersiya, həm də təşkilati baxımdan çox maraqlı təklif almışıq. Hazırda Azərbaycanda futbola və ümumilikdə idmana maraq çox yüksək səviyyədədir".
 

Mutko sözügedən yarışın bərpası ilə bağlı bu yaxınlarda UEFA prezidenti Aleksandr Çeferinlə müzakirələrin olduğunu söyləyib:
 

"Hazırda hadisələrin inkişafının bir neçə variantı var. Biz MDB ölkələrinin top-klublarının iştirakı ilə formata qayıtmaq, manejlərdən təbii meydanlara keçmək istəyirik. Turnirin tarixən yanvarda keçirildiyini nəzərə alsaq, yarış cənuba üz tutmalıdır".
 

Qeyd edək ki, keçmiş SSRİ ölkələri çempionlarının iştirakı ilə “Birlik kuboku” yarışı 1993-cü ildən başlayaraq 2011-ci ilə kimi keçirilib. Sonradan klublar tərəfindən yarışa maraq azaldığından turnirə gənclərdən ibarət milli komandalar qatılıb. Ötən il isə RFİ prezidenti bu yarışın bir daha keçirilməyəcəyini açıqlayıb. Azərbaycan klubları 3 dəfə “Birlik kuboku”nun qalibi adını qazanıb. 2006-cı ildə "Neftçi", 2008-ci ildə “Xəzər Lənkəran”, 2011-ci ildə isə "İnter" yarışda birinci olub.

Tarix
27.01.17 [13:11]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

18 Avqust
17 Avqust 

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio