"Azərbaycanda qalmaq üçün alışıb-yanmırdım" - Antonov - AÇIQLAMA

13:58 27 Yanvar 2017

“Qəbələ”dən uğursuz çıxışına görə göndərilən Aleksey Antanov ölkəsinin mətbuatına müsahibə verib.

 

 

Sportarena.az xəbər verir ki, hazırda Rusiyanın "Anji" klubunda baxışda olan forvard "qırmızı-qaralar"dan ayrılması barədə danışıb:

 

 

"Rəhbərliklə aramda fikir ayrılığı oldu. Azərbaycanda qalmaq üçün alışıb-yanmırdım. Düzü, Qəbələni şəhər adlandırmaq da çətindi. Sonda belə qərara gəldik ki, qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verək. Ancaq onu deyim ki, "Qəbələ"nin heyətində Avropa Liqasında çıxış etdik. Bu da mənim üçün yaddaqalan oldu".


Digər xəbərlər

Xəbər xətti