"Kəpəz"dən irqçilik açıqlaması

14:16 27 Yanvar 2017

"Kəpəz" bütün dünyanın qarşı çıxdığı irqçiliklə bağlı açıqlama yayıb.
 

 

Sportarena.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə irqçiliyə qarşı çıxdığını bildirib. Açıqlamanı olduğu kimi nəzərinizə çatdırırıq:
 

 

"Rasizm – dünya futbolunun bəlalı xəstəliklərindən biri olsa da, Azərbaycan futbolunda vəziyyət tamam fərqlidir. Ölkə klublarında, o cümlədən "Kəpəz”də illər öncə buna qarşı mübarizə metodlarının səmərəli təşkili öz bəhrəsini verməkdədir. Bu gün Gəncədə keçirilən oyunlarda rasizmlə bağlı problemlər görünmür. Stadionda irqçi davranışlar nümayiş olunmur, bu yöndə çağırışlar səslənmir. 
 
Futbolun istər yerli, istərsə də beynəlxalq mədəniyyət vasitəsi olduğuna böyük önəm verən "Kəpəz” klubunun rəhbərliyi yaşanacaq hər hansı bir problemin qarşısını vaxtında almaq üçün müntəzəm iş mexanizmi hazırlayıb. Bunun üçün ilk növbədə maarifləndirmə işinə daha ciddi yanaşılır və mütamadi olaraq azarkeşlərlə bu istiqamətdə söhbətlər aparılır.
 
"Kəpəz” rasizmin əleyhinədir! "Respect”, "fair-play” klubumuzun sloqanıdır!"
 

Qeyd edək ki, martın 21-i Beynəlxalq İrqi Ayrıseçkiliyin Ləğvi Günüdü.


Digər xəbərlər

Xəbər xətti