Ronaldo da evlənməyə hazırlaşır

14:34 27 Yanvar 2017

Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo evlənməyə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, o, yeni sevgilisi Corcinyo Rodrigeslə münasibətləri 2018-ci ilin yayında rəsmiləşdirməyə planlaşdırır. 31 yaşlı hücumçunun bu qərarı verməsində anasının böyük rolu olduğu bildirilir. Rodrigesi bəyənən Ronaldonun anası oğlundan evlənməsini istəyib.

 

Qeyd edək ki, portuqaliyalı futbolçunun rəqibi Lionel Messi də evlənmək qərarına gəlib. Argentinalı futbolçu Ronaldodan daha tez nigah bağlayacaq.

 

 


Digər xəbərlər

Xəbər xətti