"Neftçi"də ciddi itki

14:57 27 Yanvar 2017

“Neftçi”nin yarımmüdafiəçi Edson Kastilyo zədəlınib.
 

Sportarena.az xəbər verir ki, bu haqda klubun rəsmi sayı  məlumat yayıb. Futbolçu sağ diz oynaq bağının dartılması və hissəvi qopması səbəbindən 3 həftəyədək yaşıl meydanlardan kənarda qalacaq.
 

Bundan başqa, digər zədəli futbolçu - müdafiəçi Elvin Bədəlov diz oynağının iltihabı səbəbindən müalicə olunur. Onun yaxın günlərdə məşqlərə qatılacağı gözlənilir.

 

Qeyd edək ki, "Neftçi" Azərbaycanda Premyer Liqasının 15-ci turu çərçivəsində fevralın 29-da "Qarabağ"ın qonağı olacaq.


Xəbər xətti