İspaniya kubokunun püşkü atıldı - "Atletiko" ilə "Barselona" üz-üzə

17:35 27 Yanvar 2017

İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb. 

 


Sportarena.az xəbər verir ki, final uğrunda mübarizədə favoritlər bir-birinə rəqib olub. Yarımfinalda “Barselona” “Atletiko” ilə üz-üzə gələcək. Digər cütlükdə isə "Selta” “Alaves”lə qarşılaşacaq. “Atletiko” və “Selta” ilk oyunda meydan sahibi olacaq.

 


Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları fevralın 1-də, cavab qarşılaşmaları isə fevralın 8-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti