Sumqayıtdan iki transfer

10:27 28 Yanvar 2017

Premyer Liqanın ikinci yarısına hazırlaşan "Sumqayıt" Futbol Klubu heyətini iki futbolçuyla gücləndirib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komanda U-21 millimizin heyətində çıxış etmiş cinah yarımmüdafiəçisi Sergey Çernışevi heyətinə qatıb. 27 yaşlı oyunçu ilə 1,5 illik müqavilə imzalayıb. O, "Sumqayıt"da 7 nömrəli forma ilə çıxış edəcək.

 

1990-cu ildə Bakıda doğulan Çernışev karyerası ərzində, "Rəvan", "Taqanroq" (13 oyun, 4 qol), "Dinamo QTS" (28 oyun, 3 qol), "Lokomotiv" (8 oyun, 1 qol) və "Drujba" (15 oyun, 2 qol) klublarının şərəfini qoruyub.

 

"Sumqayıt" növbəti transferi isə 23 yaşlı yarımmüdafiəçi Fərhad Qıstarov olub Onunla 1.5 illik müqavilə imzalanıb. Qıstarov "Sumqayıt"da 20 nömrəli forma ilə çıxış edəcək. Yarımmüdafiəçi "Dinamo" (Stavropol), SKA (Rostov) kimi klublarının şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti