"Qəbələ" "Sumqayıt"la bacarmadı, "İnter" "Kəpəz"i darmadağın etdi - YENİLƏNİB

19:29 28 Yanvar 2017

Bu gün Azərbaycan Premyer Liqasında qış fasilə başa çatıb.

 


Sportarena.az xəbər verir ki, 15-ci tura dünən 2 qarşılaşmayla start verilib. Cari mövsümdə çempionluğa idialı olan "Qəbələ" "Sumqayıt”ı qəbul edib. Görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. Günün ikinci matçı isə Bakıda baş tutub. Son günlər ciddi problemlərlə üz-üzə qalan "İnter” “Kəpəz”lə üz-üzə gəlib. Paytaxt klubu böyük hesablı qələbəyə sevinib - 4:1

 

Turun digər iki görüşü isə sabah baş tutacaq. "Zirə" sonuncu pillədə qərarlaşan AZAL-ı qəbul edəcək. Turun son matçı isə "Azərsun Arena"da keçiriləcək. "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq.

 

 


Azərbaycan Premyer Liqası, 15-ci tur

 

 

 

28 yanvar

15:00. "Qəbələ” - "Sumqayıt” 1:1

Qol: V.Verniduv, 59 - M.Qurbanov, 53.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 88. Tellur Mütəllimov

Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 27. Teo Uiks, 77. Araz Abdullayev

Baş məşqçi: Roman Qriqorçuk

 

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 8. Nicat Muxtarov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 42. Kamran Abdullazadə, 97. Xəyal Nəcəfov, 20. Fərhad Qıstarov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 9. Amil Yunanov, 18. Süleyman Əhmədov, 21. Nasır Abilayev, 76. Bayram Nuruzadə, 7. Sergey Çernışev

Baş məşqçi: Samir Abasov


17:30. "İnter” - "Kəpəz” 4:1

Qol: N.Hacıyev, 45+2. F.Bayramov, 53. A.Hüseynov, 61. R.Əliyev, 79 - T.Axundov, 39.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov
"İnter Arena” 

“İnter”: 1. Səlahət Ağayev  22. İlkin Qırtımov 14. Zurab Xizanişvili 3. Denis Silva 24. Fuad Bayramov 7. Mirsahib Abbasov 10. Elnur Abdullayev 33. Tərlan Quliyev 17. Abbas Hüseynov 8. Nizami Hacıyev (k) 11. Rauf Əliyev

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı 2. Sertan Taşkın 9. Pərdis Fərcad-Azad 4. Slavik Alxasov 6. Samir Zərgərov 27. Adrian Skarlatake 19. Mirhüseyn Seyidov

Baş məşqçi: Zaur Svanadze

 

“Kəpəz”: 88. Tadas Simaitis 21. Novruz Məmmədov 15. Azad Kərimov 23. Tural Nərimanov 13. Şəhriyar Rəhimov  5. Kərim Diniyev 18. Tural Axundov (k) 17. Nicat Qurbanov 19. Orxan Əliyev 77. Serjio Kosta 90. Julien Ebah

Ehtiyat oyunçular: 30. Davud Kərimi 7. Vüqar Bəybalayev 10. Dario Federiko 80. Tural Rzayev 9. Tural Qürbətov 6. Ceyhun Cavadov 99. Əli Səmədov

Baş məşqçi: Şahin Diniyev. 


29 yanvar

15:00. "Zirə” - AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Zirə İdman Kompleksinin stadionu

 


17:30. "Qarabağ” - "Neftçi”

Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
"Azərsun Arena”  


Xəbər xətti