Emin Mahmudov oynadı, "Boavişta" məğlub oldu

11:02 28 Yanvar 2017

Millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" Portuqaliya Premyer Liqasında növbəti oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, Portu klubu 19-cu turda doğma meydanda "Belenenseş"i qəbul edib və 0:1 hesabı ilə uduzub. Ağayev cəzası səbəbindən bu matçda iştirak etməyəcəyi öncədən məlum idi. Mahmudov isə 60-cı dəqiqədə meydana daxil olub.

 

Qeyd edək ki, "Boavişta" hazırda turnir cədvəlində 24 xalla 9-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti