"İlk dövrədəki matçda qələbəyə biz yaxın idik" - Şahin Diniyev - AÇIQLAMA

11:21 28 Yanvar 2017

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 15-ci turunda Bakıda "İnter"lə keçiriləcək oyun öncəsi klubun saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o hər iki komandanı çətin oyunun gözlədiyini bildirib:

 

"Son iki mövsümdə "İnter"lə aramızda gərgin mübarizə gedir, çox heç-heçələr və minimal hesabla uduzduğumuz oyunlar olub. İlk dövrədə Bakıda oynadığımız matçda qələbəyə biz yaxın idik. Rəqib son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas oldu. Yenə tərəfləri meydanda çətin oyun gözləyir. Xal qazanmaq hər iki komandaya lazımdır. Əgər "İnter” qələbə ilə yerini möhkəmləndirməyə çalışacaqsa, biz liderlərə yaxınlaşmaq üçün 3 xala oynayacağıq. Turnir cədvəli baxımından gərgin görüş gözlənilir. Əvvəlki matçlardan geri qalmayacaq oyun olacaq. Azarkeşlər də bu mübarizənin şahidi olacaqlar”.


Digər xəbərlər

Xəbər xətti