"Kəpəz"də 3 itki

11:56 28 Yanvar 2017

Premyer-liqanın 15-ci turunda səfərdə "İnter”in qonağı olacaq "Kəpəz” bu gün oyunun keçiriləcəyi stadionda məşqə çıxıb. 
 

Sportarena.az xəbər verir ki, matçöncəsi son hazırlıq prosesi 45 dəqiqə davam edib.
 
 
"Sarı-göylər” Bakı klubu ilə görüşə itkilərlə çıxacaq. Belə ki, qarşıdakı matçda gəncəlilər üç futbolçunun xidmətindən yararlana bilməyəcək. Komandanın iki üzvü soyuqdəymədən əziyyət çəkdiyindən meydana çıxmayacaq. Müdafiəçi Şəhriyar Əliyev və yarımmüdafiəçi Vüqar Bəybalayev xəstələnib. Düzdür, sonuncunun matçın "18-liy”inə salınması mümkündür. Tibb personalı sabah təkrar müayinə ilə Bəybalayevin durumunu bir daha nəzərdən keçirəcək.
 
Müdafiəçi Renan Alveş isə cəzalıdır. Braziliyalı ötən ilin sonunda "Qəbələ” ilə səfər oyununda qırmızı vərəqə almışdı.

Qeyd edək ki, "İnter Arena"da baş tutacaq "İnter" - "Kəpəz" matçının start fiti saat 17.30-da səslənəcək.


Digər xəbərlər

Xəbər xətti