Əzizov oynadı, komandası "Ayaks"a uduzdu

13:48 28 Yanvar 2017

Futbol üzrə Hollandiya birinci divizionunda 22-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası - "Den Boş" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Ayaks"ın ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Ziya bu görüşə də start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

 

Qeyd edək ki, "Den Boş" 22 turdan sonra 29 xalla 20 komanda arasında 13-cüdür.


Digər xəbərlər

Xəbər xətti