Millimizin daha bir rəqibi bəlli oldu

14:11 28 Yanvar 2017

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisinin çıxış edəcəyi 2-ci qrupda mübarizə aparacaq dördüncü komanda müəyyənləşib.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamızın rəqibi Albaniya millisi olub. Albanlar  ilkin seçmə mərhələnin D qrupunda 1-ci yeri tutmuş Albaniya yığması 2017-ci il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək əsas seçmə mərhələdə çıxış etmək hüququ qazanıb. 

 

Qeyd edək ki, millimizin digər rəqibləri Macarıstan və Bosniya və Herseqovina yığmalarıdır.


Xəbər xətti