Arda vəd verdi - Saqqalını qırxacaq

16:48 28 Yanvar 2017

“Barselona”nın yarımmüdafiəçisi Arda Turan saqqalı ilə bağlı maraqlı vəd verib.

 

Sportarena.az xəbər verir ki, türkiyəli futbolçu bildirib ki, “Barselona” Çempionlar Liqasının qalibi olsa, o, saqqalını qırxacaq.

 

Hər şey Ardanın "tvitter"dəki paylaşımı ilə başlayıb. Belə ki, təcrübəli yarımmüdafiəçi 1 mövsüm ərzində 13 qol vurmasının karyerasında rekord olmasını yazıb. “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen isə həmin tvitdə komanda yoldaşına “Mövsüm ərzində 20 qol vursan, saqqalıvı qırxarsan” şərhini yazıb. Arda isə cavabında bildirib ki, bunu komandası ÇL-i qazancağı təqdirdə edəcək.


Digər xəbərlər

Xəbər xətti