"Bu, komandanın əziyyətinin bəhrəsidir" - Samir Abasov - AÇIQLAMA

17:02 28 Yanvar 2017

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Sumqayıt" "Qəbələ"nin qonağı olub.

 

Sportarena.az xəbər verir ki, "kimyaçılar" heç kimin gözləmədiyi halda Qəbələdən 1 xalla qayıdıb - 1:1. Sumqayıt təmsilçisinin baş məşqçisi Samir Abasov oyundan sonra "CBC sport"a açıqlamasında matçla bağlı fikirlərini bölüşüb:

 

"Çətin səfər oyunu oldu. İstirahətdən sonra bu cür oyuna çıxmaq və xal qazanmaq heç də asan deyil. Qazanılan xala görə çox sevinirəm. Amma oyun gözləmədiyimiz kimi alındı. Bu qədər qol epizodumuzun olacağına inanmırdım. Hətta oyundan öncə fikirləşirdim ki, hər şey planlaşdırdığımız kimi getsə, matçın sonlarında qol vəziyyətləri yaradacağıq. Sergey Çernişevi bu səbəbdən ikinci hissədə meydana daxil etdim. Onun sürətindən yararlanmaq istəyirdim. Nəticə bizim üçün yaxşı oldu. Bu, komandanın əziyyətinin bəhrəsidir. Futbolçularım 1 xalı döyüşərək qazandılar".

 


Digər xəbərlər

Xəbər xətti