"60 yaşlı hücumçu axtarıram" - Qriqorçuk - AÇIQLAMA

17:12 28 Yanvar 2017

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Sumqayıt"ı qəbul edən "Qəbələ" bu görüşdə rəqibini məğlub edə bilməyib - 1:1.

 

Sportarena.az xəbər verir ki, matçdan sonra "CBC sport" telekanalına açıqlama verən mütəxəssis bunları söyləyib:

 

"Belə bir oyunda xal itirməyimiz heç də yaxşı olmadı. Qalib gəlmək imkanımız var idi. Əlimizə düşən imkanlardan yararlana bilmədik. Hücum xəttində problemlərimiz var. Xal itirməyimizin səbəbi təkcə bu deyil. Bizə yaxşı hücumçu lazımdır. Futbolçulara arada zarafatla deyirəm ki, özüm yaşında - 60 yaşlı hücumçu axtarıram. Ondan tək istəyimiz qol vurmaq olacaq. Nə qaçsın, nə də komandaya kömək etsin. Belə vəziyyətdəyik. Qol vuran futbolçumuz yoxdur. Bu ciddi problemdir".

 


Xəbər xətti