Dimitri Nazarov komandasına qələbə qazandırdı

18:45 28 Yanvar 2017

Almaniya II Bundesliqasında 18-ci turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun komandası “Aue” növbəti matçına çıxıb. Öz meydanında “Haydenhaym”la qarşılaşan “bənövşəyilər” 2:1 hesablı qələbəyə seviniblər. Nazarov 69-cu dəqiqədə meydana daxil olub. Milli üzvü görüşə əlavə olunmuş birinci dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb.

 

Qeyd edək ki, bu qələbədən sonra aktivində 16 xal olan “Aue” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti