Budaq Nəsirov 90 dəqiqə oynadı, komandası uduzdu

12:08 29 Yanvar 2017

Portuqaliya Sequndasında 24-cü turun oyunları keçirilib.
 

Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Budaq Nəsirovun çıxış etdiyi “Sportinq”in B komandası səfərdə “Fafe”nin qonağı olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Budaq Nəsirov meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb.

 

Qeyd edək ki, 24 turdan sonra hesabında 26 xalı olan “Sportinq B” 22 komanda arasında turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.


Xəbər xətti