Futbol oynamaq əvəzinə bir-birinə tüpürdülər - FOTO + VİDEO

12:57 29 Yanvar 2017

İspaniya La Liqasının 20-ci turunda baş tutan "Alaves" - "Atletico" qarşılaşmasında hesab açılmasa da, gərgin mübarizə qeydə alınıb. Xüsusilə əks cəbhələrdə yer alan Diyeqo Qodin və Deyverson arasında düşmən münasibət hökm sürüb.

 

 

Sportarena.az xəbər verir ki, cənubi amerikalı futbolçular bir-birinə tüpürməkdən də çəkinməyib. Uruqvaylı müdafiəçinin dirsək zərbəsinə tuş gələn Deyverson cərimə zərbəsinin təyin edilməsinə baxmayaraq, əsəbini Qodinin üzünə tüpürməklə çıxmağa çalışıb. "Atletico"nun təcrübəli futbolçusu 4-5 saniyə gözləyərək eyni hərəkəti braziliyalı həmkarının çiyninə tətbiq edib.

 

 

Bundan başqa 45-ci dəqiqədə Qodinin ona qarşı kobudluğun işarə etmək üçün Deyverson futbolkasını çıxararaq ona uzadıb. Digər futbolçular paltardəyişmə otağına yollanmaqda olan komanda yoldaşlarını sakitləşdiriblər.

 

Bu epizodlar hakimin diqqətindən yayınsa da, futbolçuların hər ikisini İspaniya Futbol Federasiyası tərəfindən cəza gözləyir.

 

 


Diego Godin And Deyverson Spitting At Each Other! by wifutty


Xəbər xətti