"Hoffenhaym"a dur deyən tapıldı

13:36 29 Yanvar 2017

Avropanın "Böyük beşlik" liqalarında məğlubiyyətsiz irəliləyən yeganə klub olan "Hoffenhaym" bu statusu itirib.

 

Sportarena.az xəbər verir ki, son həftəyə qədər heç bir rəqibə təslim olmayan komanda Bundesliqanın 18-ci turunda "Leyptsiq"ə uduzub. 29 yaşlı baş məşqçi Yulian Naqelsmannın komandası Sandro Vanyerin birbaşa qırmızı vərəqə alması səbəbilə təxminən oyunun son 30 dəqiqəsini azlıqda oynayıb. Say üstünlüyündən istifadə edən ev sahibləri qələbə topunu vurub - 2:1. 


Xəbər xətti